18 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İranda koronavirusa yoluxanların sayı 24 mini ötüb

25.03.2020

İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, koronavirusa yoluxanların sayı 24 min 811-ə, ölənlərin sayı isə 1934-ə yüksəlib.

İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib ki, 12 elmi tədqiqat mərkəzində yeni virusa qarşı vaksinin yaradılması istiqamətində alimlər iş aparırlar. Onun sözlərinə görə, iranlı alimlər yeni təkliflərlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan tədqiqatlara qoşulacaqlar.

İran Prezidenti isə bir daha bəyan edib ki, ABŞ-ın sanksiyaları virusla mübarizə aparmaq imkanlarını məhdudlaşdırır. Prezident bildirib ki, İran bir tərəfdən koronovirusla, digər tərəfdən isə sanksiyalarla mübarizə aparır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Məhəmməd Pakpur bildirib ki, ölkəsi martın 25-də bioloji silahdan müdafiə manevrlərinə başlayacaq. Manevrlər zamanı Tehran da daxil olmaqla böyük şəhərlərdə dezinfeksiya işləri həyata keçiriləcək.