19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Səudiyyə Ərəbistanında ilk ölüm faktı

24.03.2020

Səudiyyə Ərəbistanında COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, bu ölkədə koronavirusa yoluxma halları da artaraq 767 nəfərə çatıb.

İki Müqəddəs Məscidin Xadiminin İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman bin Əbdüləziz Əl Səudun göstərişi ilə Məkkə şəhərindəki Böyük Məscidin qapıları da bağlanılıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Ümrə ziyarətini də qadağan etmişdi.