01 10 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
01/10/2020
30/09/2020
29/09/2020

İsti ölkələrində də koronavirusa yoluxanlar çoxalıb

22.03.2020

Son sutka ərzində Şimali Afrika və Körfəz ölkələrində koronavirusa yoluxanların sayı artıb.
Rəsmi məlumatlara görə, Misirdə COVID-19-a yoluxanların sayı 294 nəfərə çatıb. Səhiyyə Nazirliyi bildirib ki, martın 21-də virusa yoluxan 9 nəfər arasında əcnəbilər yoxdur. Bundan başqa, xəstələrdən ikisi həyatını itirib və bu ölkədə koronavirus qurbanlarının sayı 10 nəfərə çatıb.

Şimali Afrika ölkələrindən Əlcəzairdə virusa yoluxanların sayı 139 nəfər olub. Son iki gündə bu ölkədə COVID-19-a daha 44 yoluxma halı aşkar edilib. Tunisdə isə son üç gündə xəstələrin sayı 75 nəfərə çatıb. Bu ölkənin Səhiyyə Nazirliyi 3 koronavirus xəstəsinin öldüyünü bəyan edib. Regionun daha bir ölkəsində - Mərakeşdə koronavirusa 96 nəfərin yoluxduğu bildirilir. Krallıq hökuməti bütün aviareyslərin dayandırılması barədə qərar verib.

Körfəz ölkələrindən Küveytdə son sutkada COVID-19-a 12 yoluxma faktı qeydə alınıb, xəstələrin ümumi sayı isə188 nəfərə çatıb. Bu ölkənin Səhiyyə naziri Abdulla Əl-Sənəd bildirib ki, xəstələrdən 30-u sağalıb, qalan 158 nəfər isə xəstəxanalarda müalicə alır. O əlavə edib ki, müalicə alanlardan dördünün vəziyyəti ağırdır.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) martın 21-də koronavirusa 13 yeni yoluxma faktı qeydə alınıb. Hazırda bu ölkədə xəstələrin sayı 153 nəfərdir. Xəstəliyə yeni yoluxanların dördü əcnəbilərdir.

Səudiyyə Ərəbistanında koronavirusa daha 48 insan yoluxub və xəstələrin ümumi sayı 392 nəfərə çatıb. Krallıqda virusa yoluxanların 30 faizi kütləvi tədbirlərdə iştirak edənlərdir. Bundan başqa, tibbi personaldan 6 nəfər də koronavirusa yoluxub.