28 09 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
28/09/2020
27/09/2020
26/09/2020
25/09/2020
24/09/2020
23/09/2020

Daha 34 vətəndaşımız Vətənə qayıtdı

22.03.2020

Martın 22-də 34 Azərbaycan vətəndaşı Rusiyanın "Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S. Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıb.

Bu barədə ölkəmizin Moskvadakı səfirliyindən məlumat veriblər. Qeyd edilib ki, bu, səfirliyin və "Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub.

Səfirlikdən onu da bildiriblər ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi səfirliyin ciddi nəzarəti altındadır. Səfirlik "AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycana getmək istəyən soydaşlarımıza səfirliyin "qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya "AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edilir. Ölkəmizə qayıtmaq istəyən soydaşlarımıza "AZAL” aviaşirkətinin xidmətlərindən yararlanmaq məsləhət görülür. Belə ki, bu gərgin vəziyyətdə səfirliyin digər aviaşirkətlərlə əməkdaşlıq imkanları olduqca məhduddur.