28 03 2020-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
27/03/2020
26/03/2020
25/03/2020
24/03/2020
23/03/2020

Ramiz Mehdiyevin adına saxta “Facebook” açılıbmış

21.03.2020

AMEA "Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama 

"Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.
ƏTRAFLI
Bosch Mart Novruz

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilir.

AZƏRTAC-a daxil olan açıqlamada deyilir ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir.

"Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”, - deyə açıqlamada vurğulanır.