28 03 2020-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
27/03/2020
26/03/2020
25/03/2020
24/03/2020
23/03/2020

AMEA-dan koronavirus açıqlaması: “Bolluca istirahət edin” - VİDEO

19.03.2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın qaydalarını açıqlayıb.
Bildirilir ki, koronavirus tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan biridir. Virusla mübarizə məsuliyyətsiz davranışı qəbul etmir.
AMEA-nın Elmi İşlər üzrə direktor müavini Ələmdar Məmmədov Baku.Tv-yə bildirib ki, virusla mübarizə aparmaq üçün immunitet gücləndirilməlidir.
"Yaxşı istirahət etmək vacibdir. Şəxsi gigiyena qaydalarına əməl olunmalı, düzgün qidalanmaq lazımdır”, - deyə o əlavə edib.
Qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın gigiyena qaydalarına əməl etməsi olduqca vacibdir.