25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokio-2020-nin məşəli azarkeşsiz yandırıldı - VİDEO

12.03.2020

Tokio-2020 Yay Olimpiya Oyunları üçün olimpiya məşəli yandırılıb. Mərasim uzun illərdən bəri ilk dəfə azarkeşsiz baş tutub.
Bu barədə TASS xəbər yayıb. Bildirilir ki, tədbirə Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax və digər rəsmi şəxslər qatılıb.
Məşəl uzun əsrlər əvvəl Qədim Olimpiya Məbədində edildiyi kimi günəş şüalarının əks olunduğu güzgünün köməyi ilə yandırılıb.
3200 km məsafə qət edəcək məşəl səkkiz gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, Yunanıstanın 32 şəhərindən keçəcək.