29 03 2020-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
29/03/2020
27/03/2020
26/03/2020
25/03/2020
24/03/2020

Paşinyandan sensasiya: Xocalını ruslar törədib - FOTO

20.02.2020

Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.
Axar.az xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.
Status belədir:
"Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.
Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.
Əvəzində isə bu sözləri saxlayıb:
"Fakt fakt olaraq qalır”.
Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.