26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistan bunu gizlətmək üçün divar tikir - Tramp görməsin

20.02.2020

Hindistanda ABŞ prezidenti Donald Trampın ölkəyə səfəri ərəfəsində kasıb məhəllələri və zibilxanaları gizlətmək üçün divar ucaldılması barədə qərar verilib.
Day.az xəbər verir ki, divar Əhmədabad şəhərində ucaldılacaq. Məlumata görə, divarın hündürlüyü metr yarım, uzunluğu isə yarım kilometr təşkil edəcək və D.Trampın kortejinin aeroportdan hərəkət edəcəyi yol boyu inşa ediləcək. Yerli sakinlər arasında bu qərar narazılıqla qarşılanıb, onlar kərpic divarlar arxasında qalmaq istəmədiklərini bəyan ediblər.
Qeyd edək ki, ABŞ lideri gələn həftə Hindistana iki günlük səfərə gələcək. Səfər çərçivəsində onun Hindistan Baş naziri Narendra Modi ilə iki ölkə arasında ticarət sazişini müzakirə edəcəyi gözlənilir.