25 09 2020-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
25/09/2020
24/09/2020
23/09/2020
22/09/2020
21/09/2020

Rusiyadan İdlib açıqlaması: Ankara ilə danışıqlar...

14.02.2020

Rusiya və Türkiyə İdlibdəki vəziyyətlə bağlı müzakirələrini davam etdirir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Məsələ ilə bağlı Türkiyə və Rusiya prezidentləri telefon əlaqəsi saxlayıb. Bundan başqa, hər iki ölkənin yüksək rütbəli hərbçiləri də görüşüb. Problemlə bağlı iki ölkədən nümayəndə heyəti qarşılıqlı səfərlər təşkil ediblər”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Münhendə görüşəcək. Nazirlər arasında əsas müzakirə mövzusu İdlib böhranı olacaq.