21 02 2020-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
20/02/2020
19/02/2020

Sabahın hava proqnozu

14.02.2020

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz  8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.   
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz  7-12 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-4 dərəcə isti  olacaq.  
Tibbi-meteoroloji proqnoz:
Fevralın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
MEDİA



MEDİA
Təqvim


KİVDF