25 09 2020-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
25/09/2020
24/09/2020
23/09/2020
22/09/2020
21/09/2020

ABŞ “Avanqard” sistemini təhlükə hesab edir

14.02.2020

ABŞ Rusiyanın "Avanqard” raket sistemi kimi yeni nəsil silahları qarşısında öz nüvə potensialını qoruyub saxlamalı və modernizasiya etməlidir.
Bunu ABŞ Müdafiə nazirinin müavini Alan Şaffer deyib.
Şaffer iddia edib ki, Çin və Rusiya artıq qitələrarası ballistik raketlərə sahib olmalarına baxmayaraq, yeni nəsil silahları işləyib hazırlamağa davam edirlər.
"Çin və Rusiya öz raket sistemlərini strateji ərazilərdə yerləşdirir. Bu, bizə meydan oxumaqdır. Biz mümkün hücumlardan özümüzü qorumalı və hər an cavab verməyə hazır olmalıyıq”, - deyə Pentaqon nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, nüvə silahlarının qarşısının alınması ABŞ-ın da iştirakı ilə genişmiqyaslı müharibə ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.