30 09 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
30/09/2020
29/09/2020
28/09/2020

Orbakaytenin keçmiş əri çeçen gözəli ilə evləndi - FOTO

14.01.2020

51 yaşlı sahibkar, Alla Puqaçevanın keçmiş kürəkəni Ruslan Baysarov 18 yaşlı çeçen Alamat Əbubəkirova ilə evlənib.
 Xəbər verildiyi kimi, toy Yeni il ərəfəsində baş tutub, lakin təfərrüatlar son günlərdə məlum olub. Gəlinin fotoları İnstaqramda yayılıb. Bəzi məlumatlara görə, cütlük sosial şəbəkə sayəsində tanış olub.
Çeçenistanın Şali kəndindən olan Alamat Əbubəkirova "Forbes”in verdiyi məlumata görə Rusiyanın ən varlı iş adamları siyahısına daxil olan Ruslan Baysarovun altıncı həyat yoldaşı olub. Yeri gəlmişkən, 2018-ci ildə jurnal onun sərvətini 900 milyon dollar dəyərində qiymətləndirib. Əvvəlki münasibətlərdən milyarderin altı uşağı var: model Tatyana Kovtunovadan olan 26 yaşlı qızı Kamilla və müğənni Kristina Orbakaytedən olan 21 yaşlı oğlu Denis.
İddia edilir ki, Əbubəkirova və Baysarovun toyu gəlinin valideynlərinin xeyir-duası ilə baş tutub. Bildirilir ki, iş adamı birlikdə yaşamasa da, əvvəlki həyat yoldaşı Mədinə Gaitayevadan rəsmi şəkildə boşanmayıb. Onlar 2009-cu ilə evlənmişdi. Həmin nikahdan Amin və Əmir adlı oğulları var.
Ruslan və Alamatın toyu müsəlman ənənələrinə əsasən keçirilib.