08 08 2020-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
08/08/2020
07/08/2020
06/08/2020
05/08/2020

Prezident İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

13.01.2020

Prezident İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: 
"Hörmətli cənab Milanoviç,
Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.





Təqvim




MEDİA
KİVDF