28 09 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
28/09/2020
27/09/2020
26/09/2020
25/09/2020
24/09/2020
23/09/2020

Qaraciyəri piylənmədən qoruyan ucuz məhsul

12.12.2019

Bəzən ən adi və ucuz məhsullar orqanizmə olduqca faydalı təsir edir, sağlamlığı qorumağa yardım edir. Belə məhsullardan biri yulaf yarmasıdır.
Adi yulaf yarması qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmdə iltihabı azaldır, arıqlamağa kömək edir, həzm proseslərini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Bütün bu möcüzəvi dəyişikliklər üçün sadəcə hər gün 1 boşqab yulaf yarması ("gerkules”) sıyığını yemək lazımdır. Təbii ki, sıyığa yağ və şəkər əlavə olunmur. Mütəxəssislər sıyığa kəsmik, az miqdarda bal, meyvə quruları (kişmiş, ərik qurusu, əncir qurusu, qara gavalı), çərəzləri əlavə etməyi tövsiyə edirlər. Bu, sıyığın orqanizmə olan faydalı təsirini daha da artıracaq.