27 01 2020-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
26/01/2020
25/01/2020
24/01/2020

ANS-in ÇM-i qayıdır

09.12.2019

ANS Şirkətlər Qrupu MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.
Report xəbər verir ki, söhbət İNS ÇM MMC-dən gedir.
Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM radiosunu xatırladır. Milli Televiziya Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb.
Vergilər Nazirliyinin məlumatına görə, İNS ÇM noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır.

Təqvim


KİVDF