29 09 2020-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
28/09/2020
27/09/2020
26/09/2020
25/09/2020

Səudiyyədə daha bir yenilik: bundan sonra qadınlar...

09.12.2019

Səudiyyə Ərəbistanı qadınlarla bağlı yeni qərar qəbul edib.
Xəbər verildiyi kimi, bundan sonra ölkə miqyasında fəaliyyət göstərən restoranlarda qadın və kişilər üçün ayrı giriş qapıları olmayacaq. Yəni qadınlar kişilərlə birlikdə eyni qapılardan istifadə edəcək.
Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyi qərarın tətbiqi üçün hazırlıqlara başlandığını açıqlayıb.
Qeyd edək ki, ölkədə bu günə qədər restoranlarda iki ayrı giriş qapısının olması məcburi idi.
Xatırladaq ki, son olaraq qadınlara yanında kişi olmadan avtomobil idarə etmək və pasport almaq icazəsi verilmişdi.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman 2017-ci ildə ölkəsində bir sıra sosial islahata imza atmışdı. Bu islahatların hədəfi, əsasən, qadınların kişilərlə bərabər hüquqlarının təmin olunmasıdır.