14 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

XİN: Bu ölkəyə nota göndəriləcək

09.12.2019

Dekabrın 7-də Qarabağa qanunsuz səfər edən Qvatemala parlamentinin nümayəndə heyətinin üzvlərinin adları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici ölkə vətəndaşları siyahısına daxil edilib.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib. O, Qvatemalaya bununla əlaqədar nota göndəriləcəyini bildirib:
"Azərbaycanın Meksikadakı səfiriliyi eyni zamanda Qvatemala ilə münasibətlərə də məsuldur. Meksikadakı səfirliyimiz tərəfindən Qvatmela Xarici İşlər Nazirliyinə bununla bağlı etiraz notası təqdim olunacaq”.
Qeyd edək ki, Qvatemala parlamentinin nümayəndə heyəti dekabrın 7-də Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə gəlib. Qondaram rejimə gələn nümayəndə heyətinə Qvatemala Konqresinin birinci vitse-spikeri Felipe Alexos Lorenza rəhbərlik edib. Məlumata görə, Lorenzanı qondarma rejimin "spikeri” Aşot Qulyan qəbul edib.