27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bu, karyeramın ən yaxşı qolu idi” - Luis Suares

09.12.2019

İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Malyorka"ya 5:2 hesabıyla qalib gələn "Barselona"nın hücumçusu Luis Suares açıqlama verib.
Katalonların 4-cü qolunun müəllifi olan uruqvaylı futbolçu, vurduğu qolla bağlı danışıb:
"Bu, karyeramın ən yaxşı qolu idi. Topa zərbə endirməli idim və son variant dabanla vurmaq idi. Baş məşqçimiz Ernesto Valverde bəzən sadə epizodlarda qol vura bilmədiyimi, amma çətin vəziyyətlərdə fərqləndiyimi deyir. Bu gün belə anlardan biri idi. Oyunların gedişatında müəyyən inam qazanacağıq".