19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycana 115 mln. avroluq qatarlar gətiriləcək

27.11.2019

"Azərbaycan Dəmir Yolları” QSC "Stadler” şirkət ilə 10 ədəd 5 vaqondan ibarət olan "FLIRT” qatarlarının 3 versiyasının tədarükü üçün 115 mln. avro dəyərində müqavilə imzalayıb.
"APA-Economics"in "Stadler”ə istinadən verdiyi məlumata görə, qatarların dördü dizel və elektrik aqreqat ilə işləyən bölgələrarası qatarlar kimi xəttə buraxılacaq, altısı isə ancaq elektrik enerjisi ilə çalışan bölgələrarası və regional qatarlar kimi işlədiləcək.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” 2014-cü ildən etibarən bir neçə dəfə "Stadler” şirkətindən qatar sifariş edib. 2014-cü ildə QSC 30 ədəd yataqlı vaqon sifariş edib. 2015-ci və 2018-ci illərdə isə "Azərbaycan Dəmir Yolları” gündəlik xidmətdə olan və yüksək xidmət səviyyəsi təklif edən ikimərtəbəli "KISS” qatarlarına sifariş verib.