24 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu xidmət də ASAN-a verilir

16.11.2019

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir.
Bunu açıqlamasında Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin ASAN Xidmət-ə verilməsi nəzərdə tutulur:
"Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər ASAN Xidmət-ə veriləcək”
İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı Azəristiliktəchizat ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.
Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:
"Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir”.
İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər.