Bu kəndlərə  qaz verildi 
    
                          
     
                         15.11.2019
 
    
                        Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bu münasibətlə keçirilən tədbirdə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, "Azəriqaz”ın Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları iştirak ediblər.
Cənginəvud kəndində 48, Vizəzəmin kəndində 79, Peştətük kəndində isə 49 fərdi ev mavi yanacaqla təmin olunub. Ümumilikdə, Cənginəvud kəndində 3 898 metr, Vizəzəmin kəndində 6 926 metr, Peştətük kəndində isə 4 940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.