20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Sabah paytaxta yağış, rayonlara isə qar yağacaq

15.11.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Sabah Azərbaycanın qərb rayonlarında havanın yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.