25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elmira Süleymanovanın istefa məsələsi ilə bağlı - AÇIQLAMA

15.11.2019

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nəcəf Tağıyev bildirib ki, Ombudsman vəzifədən getməsi barədə istefa ərizəsi yazmayıb:
"Biz Ombudsman olaraq E.Süleymanovanın istefa ərizəsi verməsi ilə bağlı yayılan xəbərləri təkzib edirik. Bu barədə mətbuatda yayılan məlumat düzgün deyil”.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, 82 yaşlı Elmira Süleymanovanın istefa ərizəsi yazması barədə xəbər yayılıb.
Xatırladaq ki, bir müddət əvvəl Elmira Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini bildirmişdi./oxu.az/