27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya çempionları Bakıda oynaya bilər

15.11.2019

Futbol üzrə 2020-ci il Avropa çempionatına daha üç komanda vəsiqə qazanıb.
 H qrupunda Türkiyənin ardından son dünya çempionları Fransa, A qrupunda isə İngiltərə və Çexiya vəsiqə qazanıb. 
A qrupunun lideri İngiltərə Monteneqronu 7:0 darmadağın etməklə, Çexiya isə əsas rəqibi Kosovo üzərində əzmkar qələbə (2:1) qazanmaqla buna nail olub.
Əsas rəqiblərindən olan İslandiya ilə qolsuz heç-heçə etməklə Türkiyə yığmasının Avro-2020-yə çıxdığını bildirmişdik. H qrupunda Fransa Moldova üzərində əzmkar qələbə (2:1) qazanmaqla, həm liderliyi ələ alıb, həm də vəsiqəni bir tur öncədən təmin edib.
Xatırladaq ki, daha əvvəl Ukrayna, İspaniya, Polşa, Belçika, Rusiya və İtaliya milliləri iki tur öncədən Avro-2020-yə vəsiqə qazanıb.
Qeyd edək ki, 12 iyun - 12 iyul tarixlərində baş tutacaq Avro-2020-nin dörd oyunu Bakıda keçiriləcək. Üç qrup və bir 1/4 final matçı Bakı Olimpiya Stadionunda baş tutacaq. İngiltərə ev sahiblərindən biri olduğundan, qrup oyunlarını Londonda keçirəcək. Fransa millisinin isə hansı qrupda yer alacağı bilinmir.