14 12 2019-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
13/12/2019
12/12/2019

Əbülfəs Qarayev Türkmanla görüşdü

14.11.2019

Noyabrın 14-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirdi: "Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır.
Nazir qeyd etdi ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.
Nazir onu da vurğuladı ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman ötən gün Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırdı. Qeyd etdi ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir: "İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.
Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıldı.
Sədr Abuzər İbrahimi həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğuladı. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd etdi.
Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.

Təqvim


KİVDF