26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcra başçıları kollektivə təqdim olundu

13.11.2019

Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub.
Report xəbər verir ki, Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib.
Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı və Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı təyin edilib.