20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Metroda inanılmaz sıxlıq yaşanıb - AÇIQLAMA

13.11.2019

Səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.
Bu sözləri açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu gün metroda yaşanan sıxlığın səbəbləri barədə danışarkən deyib.
B.Məmmədov bildirib ki, heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib:
"Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir. Xüsusilə metronun "Koroğlu”, "Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”.
Xatırladaq ki, bu gün səhər saatlarından metroda ciddi sıxlıq və qatarların gecikməsi müşahidə olunur. Bəzi stansiyalarda qatarlar arasında interval 10 dəqiqəyə qalxıb.