17 11 2019-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
16/11/2019
15/11/2019
14/11/2019

Zaxarova: İrəvandakı görüşdə Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq

08.11.2019

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya XİN başçısı Ermənistan Baş Naziri Nikol Paşinyan və ölkə prezidenti ilə görüşəcək: "Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla da danışıqlar aparacaq. 2020-2021-ci illər üçün Rusiya və Ermənistan XİN arasında məsləhətləşmər keçiriləcək".
M. Zaxarova Rusiya XİN başçısının Ermənistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında münasibətlər, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacağını söyləyib: "Lavrovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq".

Təqvim


KİVDF