17 11 2019-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
16/11/2019
15/11/2019
14/11/2019

İranda dəhşətli zəlzələ: 11 ölü, 320 yaralı

08.11.2019

İranın Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib.
 Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Təbrizdən 156 kilometr məsafədə, ocağı 62 kilometr dərinlikdə olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin yerli vaxtla saat 02:47-də baş verdiyini, zəlzələ ocağının 2 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.
Zəlzələ Azərbaycan Respublikasının Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarında hiss olunub.
İran mətbuatının yaydığı son məlumata görə, zəlzələ nəticəsində 11 nəfər ölüb, 320 nəfər yaralanıb.
Məlumata görə, zəlzələdən sonra 40 avterşok hiss olunub.

Təqvim


KİVDF