27 05 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Paşinyanın Qarabağla bağlı təzadlı açıqlamalarının səbəbi

08.11.2019

ATƏT-in Minsk Qrupunun həmsədrləri heç zaman Ermənistanda referendum məsələsini nəzərdə keçirməyiblər.
Bunu "Haqqin.az”a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza deyib.
"Bəli, biz Qarabağda bütün region əhalisinin iştirakı ilə referendum məsələsini müzakirə etmişik, amma ayrıca Ermənistan üçün bu müzakirə olunmayıb. Belə məsələ gündəmimizdə olmayıb. Əgər Paşinyan Ermənistandakı referendum haqqında bəyanat verirsə, eyni haqq Azərbaycana da verilə bilər. Ümumiyyətlə, onun Ermənistan-Azərbaycan konflikti ilə bağlı bütün bəyanatları Qarabağ klanının basqısı ilə edilir. Ona görə də onlar belə ziddiyyətlidir”, – deyə o bildirib.