25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstehlak kreditləri ilə bağlı DƏYİŞİKLİK

05.11.2019

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.
Dəyişiklik nəticəsində müddəti yeddi ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.
Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək.
Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.
2019-cun ilin 19 oktyabrında "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na da dəyişikliklər edilib.  
Bununla KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.
Eyni zamanda, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial, daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.