Ağ Evdə gərgin anlar - VİDEO 
    
                         
     
                         18.10.2019
 
    
                        ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Konqres üzvləri ilə apardığı Suriya toplantısında, Konqresdə qəbul edilən və Suriya qərarını pisləyən qətnamə layihəsi ilə əlaqədar çox əsəbiləşib.
 Donald Tramp onu tənqid edən Nümayəndələr Palatasının sədri Nensi Pelosini (Nancy Pelosi) "üçüncü sinif siyasətçi” adlandırıb.
Ağ Ev rəhbərinin onun ünvanına söylədiyi fikirlərdən sonra Pelosi toplantını tərk edib.
Qeyd edək ki, Donald Tramp Ağ Evdə ABŞ Senatı və Nümayəndələr Palatasının Respublikaçı və Demokrat üzvləri ilə bir araya gəlib. Mətbuat üçün qapalı keçən görüşdə Suriyadakı son hadisələr və Türkiyənin apardığı "Barış Pınarı” əməliyyatı müzakirə olunub.
Toplantından sonra mətbuata açıqlama verən Nümayəndələr Palatasının sədri Nensi Pelosi bildirib ki, Nümayəndələr Palatasında qısa müddət keçən və Suriya qərarını pisləyən qətnamə layihəsi səbəbindən Donald Tramp çox əsəsbləşib.