25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda XİN Başçıları Şurasının iclası başladı

14.10.2019

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası başlayıb.
İclasdan əvvəl nazirlər arasında ikitərəfli görüşlər keçirilib. Sonra görüşün rəsmi fotosu çəkdirilib. Daha sonra nazirlər xatirə kitabını imzalayıblar.
Bundan sonra iclas öz işinə başlayıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Çingiz Aydarbekov, Abdulaziz Kamilov və Peter Siyyarto iştirak edir.
İclası Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov açıb. Nazir salamla nitqindən sonra sözü Türk Şurasının hazırda sədrlik edən ölkəyə - Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekova verib.
Ç.Aydarbekov Qırğızıstanın Türk Şurasına sədrliyi çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çııxş edib. Bilidirib ki, ötən müddət ərzində təşkilat daxilində əsasən iqtisadi, siyasi və humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər aparılıb.
O qeyd eidb ki, iclasda Macarıstan Respublikasına daha böyük ststusun verilməsi ilə bağlı çıxış ediləcək. Nazir bildirib bu sammit Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə təsadüf edir:
"Çox vacib haldır ki, bizim fəaliyyətimiz qarşılıqlı etimada əsaslanır. Azərbaycanın Türk Şurasının güclənməsi istiqamətdə gördüyü işlər təqdirəlayiqdir”.
Ç.Aydarbekov bildirb ki, ötən müddət ərzində Türk Şurasının BMT-də müşahidəçi statusгnun alınması istiqamətində işlər aparılıb:
"Ancaq bizə məlum olmayan səbəbdən bu üzvlük hələ ki, baş tutumayıb”.
Qırğızıstan xarici işlər nazirinin hesabat xarakterli çıxışından sonra iclasın mətbuat üçün açıq hissəsi başa çatıb. Hazırda iclas qapalı formatda öz işini davam etdiri.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.
Onu da bildirək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII sammiti sabah keçiriləcək. Sammitdə Türk Şurasına sədrlik Azərbaycana keçəcək.