14 10 2019-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
14/10/2019
13/10/2019
12/10/2019

Novruz Məmmədovun imzaladığı son əmr

09.10.2019

Nazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.
Xəbər verildiyi kimi, bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.
Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 86 nömrəli Qərarının 1-ci hissəsində 594 rəqəmi və 890 rəqəm ilə əvəz edilib.
Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Xatırladaq ki, Milli Məclis oktyabrın 8-də Əli Əsədovun Baş nazir postuna təyin olunmasına razılıq verilməsi məsələsinə baxıb.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verməsi ilə bağlı Prezidentə ərizə ilə müraciət edib.
Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı məsələ səsə qoyularaq qəbul edilib.
Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Təqvim


KİVDF