19 11 2019-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
18/11/2019
17/11/2019
16/11/2019
15/11/2019

“Petro” kriptovalyutası bir neçə günə bazara çıxacaq

29.12.2017

Venesuela hökuməti 267 milyard dollarlıq neft ehtiyatı ilə dəstəklənəcək kriptovalyutanın bir neçə gün içində bazara çıxarılacağını açıqlayıb.

Venesuelanın rabitə naziri Jorge Rodriguez "Petro” adlı milli kriptovalyutanın bir neçə gün ərzində bazara çıxacağını bildirib. Yeni kriptovalyuta 267 milyard dollarlıq neft ehtiyatı ilə dəstəklənəcək.

J.Rodriguez "Petro” kriptovalyutasının beynəlxalq tədarükçülər üçün ödəniş mexanizmi olaraq istifadə etməyi nəzərdə tutduqlarını deyib.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın maliyyə blokadasına qarşı mübarizə aparmaq üçün milli kriptovalyutanın buraxılacağını açıqlamışdı.

Təqvim


KİVDF