02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Muğam dünyası: Azərbaycan mədəniyyətinin misilsiz incisi” adlı tədbir keçirilib

20.09.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondu və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Londonda "Muğam dünyası: Azərbaycan mədəniyyətinin misilsiz incisi” adlı tədbir keçirilib. 
Tədbir çərçivəsində konsert proqramı təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Tahir Tağızadə bildirib ki, muğam sənəti klassik poeziyaya söykənir.
"Biz bu konsertlə Qarabağa virtual səyahət etdik. Bizim işimiz sizi Qarabağa aparmaqdan, bu konsertlərin orada keçirilməsini təmin etməkdən ibarətdir. Növbəti konsertlərin Qarabağda keçirilməsini ümid edirik”, - deyə səfir qeyd edib.
Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər və çay hədiyyə edilib.