14 10 2019-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
14/10/2019
13/10/2019
12/10/2019

Neft bahalaşır, xeyrimizədir, amma ... - Ekspert

17.09.2019

Neftin qiymətinin qalxmasının əsas səbəbi iqtisadi faktorlar deyil.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, beşinci gündən şənbəyə keçən gecə Ərəbistanda neft emalı zavodlarına dron hücumlarının olması neftin qiymətinin qalxmasına səbəb oldu:
"Partlayış zamanı neft hasilatı zavodlarına ciddi ziyan dəydi. Bu hadisədən sonra neftin qiymətində ciddi artım oldu. Bu faktorlar aradan qalxdıqdan sonra qiymətlər yenidən düşəcək. Bu məsələdə iqtisadi faktorlar iştirak etmir deyə, bu artımların dayanaqlı və uzunmüddətli olması gözlənilmir. Çünki neftin qiymətinin artmasında iqtisadi amillər olmasa, qiyməti yüksək səviyyədə saxlamaq olmaz. Amma hələlik dünyada gedən geosiyası proseslər müvəqqəti də olsa neftin qiymətini artıracaq”.
İqtisadçı bildirib ki, neftin qiymətinin qalxması Azərbaycan üçün sərfəlidir:
"Azərbaycan üçün təbii ki, neftin qiymətinin qalxması çox sərf edir. Amma ümumilikdə dünyada gedən proseslər bizim üçün də narahatlıq yaradır. İranla bağlı hərbi gərginlik, müharibə ehtimalı Azərbaycanı ciddi narahat edir”.

Təqvim


KİVDF