20 09 2019-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
20/09/2019
19/09/2019

Afrikanın memarlıq inciləri - FOTO

11.09.2019

Biz qərb memarlıq üslubunun çoxu ilə tanışıq – qotika, bizans, modern, barokko. Ona görə ki, onlar hər yerdə xatırlanır, tanıdılır və bu təqdirəlayiqdir. Osmanlı dövrünün məscidləri, Şərqi Asyanın abuhavası, Mərkəzi və Cənubi Amerikanın qədim məbədləri – bütün bunlar hamıya tanışdır. 
Bəs Afrika memarlığı haqqında nələri bilirik? Böyük Giza piramidalarından başqa, demək olar ki, heç nə. Buna baxmayaraq , kütləvi informasiya vasitələri də Afrika qitəsinin rəngarəngliyindən, mədəniyyətindən heç bir şey yada salmır, əksinə, onun problemlə dolu neqativ tərəflərini: xəstəlikləri, səfaləti, müharibəni işıqlandırırlar. Biz isə Afrikanı yalnız tarix dərsliklərindən oxuduğumuz cüzi məlumatlarla onu qiymətləndiririk. Lakin avropalılar bu qitəyə ayaq basmamışdan əvvəl bu ərazilərdə 10 min müxtəlıf ölkə və ayrı-ayrı icmalar olub ki, onların da öz dillərı, adətləri var idi. Aşanti Federasiyası, Mosi Krallığı və Zuluslar ölkəsi kimi imperiyaları olub.
"İqbonun üstünlüyü" adlı Twitter hesabı (İqbo- cənubi və şərqi Nigeriyadan olan bir etnik qrupdur), artıq Afrika memarlığının ən yaxşı nümunələrini nümayiş etdirməyi qərarlaşdırıb və Afrika memarlıq üslubları ilə tanışlıqdan sonra hələ geniş ictimaiyyətə nümayiş etdirilməyən bu xəzinələr 136-dan çox şəbəkədən və 400 mindən daha çox şəbəkə istifadəçilərindənbəyənmə toplayıb.
"Dövran Media” bu memarlıq incilərindən sizə bir neçəsini təqdim edir


Təqvim


KİVDF