20 09 2019-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
20/09/2019
19/09/2019

Moskva yeni kurator təyin etdi

11.09.2019

Dünən Rusiya Prezidenti Vladimir Putin artıq bir neçə aydır mətbuatın irəli sürdüyü iddiaları gerçəkləşdirərək, Rusiya Xarici İşlər nazirinin müavini - stats-katibi Vladimir Karasini istefaya göndərdi. Moskvanın MDB ilə bağlı siyasətinə kuratorluq edən Karasinin yerinə Yevgeni İvanov təyin edildi.
 Uzun illər Moskvanın MDB və Qafqazla bağlı siyasətini nəzarətdə saxlayan şəxsi əvəz edən yeni gənc kurator İvanov kimdir?
Xəbər verildiyi kimi,Yevgeni İvanov 1974-cü ildə anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunda təhsil alan İvanov 1995-ci ildə bu ali təhsil ocağını bitirib. İvanov ingilis və polyak dillərini bilir.
İvanovun Rusiya XİN-də fəaliyyətə institutu bitirdiyi il başlayıb. Rəsmi tərcümeyi-halında onun müxtəlif diplomatik vəzifələrdə - həm XİN-in mərkəzi aparatında, həm də ölkənin xaricində çalışdığı vurğulanıb. 2006-2008-ci ildə Rusiya Xarici İşlər nazirinin köməkçisi olan İvanov sonradan nazirliyin katibliyinin departamentinin direktorunun müavini təyin edilib. 2008-2013-cü illərdə isə yeni kurator bu departamentə rəhbər gətirilib.
2013-2017-ci illərdə XİN-in Konsulluq Departamentinə direktorluq edən İvanov 2016-cı ildə Rusiya XİN-in Kollegiyasının üzvlüyünə daxil edilib. 2017-ci ildə isə o, Rusiya Xarici İşlər nazirinin müavini təyin edilib.
İvanov birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi daşıyır.
Evli olan diplomatın iki qız övladı var.
Qeyd edək ki, Karasin Rusiya Xarici İşlər nazirinin müavini – stats-katibi vəzifəsini 2005-ci ildən icra edib. Bu vaxta qədər isə o, Rusiyanın Britaniyadakı səfiri olub.



Təqvim


KİVDF