Oğuzda yanğın var:  Təyyarə və helikopterlər göndərildi 
    
                          
     
                         25.08.2019
 
    
                        Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.
Əlavə məlumat veriləcək. /axar.az/