İrandan ABŞ-a qarşı  sanksiya hazırlığı 
    
                         
     
                         24.08.2019
 
    
                        İran parlamentinin deputatları ABŞ dövlət rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı layihə hazırlayıb.
Layihə ABŞ-ın İran rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq hazırlanıb. 
Layihəyə İran əleyhinə uzun illər fəaliyyət göstərən bəzi rəsmilərin, o cümlədən ABŞ prezidenti Donald Trampın milli təhlüksizlik məsələləri üzrə müşaviri Con Bolton, ABŞ-ın xəzinədarlıq katibi Steven Mnuçin və Senator Ted Cruzun adları daxil edilib.