Türk ordusu əməliyyatlara başladı - FOTO 
    
                          
     
                         24.08.2019
 
    
                        Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində "Pəncə-3” əməliyyatına başlayıb.
"Report” "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi əməliyyata dünən start verdiklərini açıqlayıb.
""Pəncə-3” əməliyyatına 23 avqustda başlanılıb. Əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təşkil etmək, Sinat-Hafta bölgəsində mövcud olan terrorçuları və istifadə etdikləri mağara, sığınacaqları zərərsizləşdirmək məqsədilə həyata keçirilir. Əməliyyata hava və yerüstü texnikalar dəstək verir”, - deyə nazirliyin yaydığı açıqlamada bildirilir.