26 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cavad Zərif və MaKron GÖRÜŞDÜLƏR

23.08.2019

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüş İran xarici işlər nazirinin Fransaya səfəri çərçivəsində baş tutub.
Görüşdən sonra jurnalistlərə açıqlamasında İran xarici işlər naziri bildirib ki, bu görüş son həftələrdə Fransa və İran prezdentləri arasında gedən müzakirənin davamıdır.
"Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Fransa təklif irəli sürdü və biz də eyni zamanda öz təkliflərimizi etdik”, - deyə iranlı nazir bildirib.
Fransa prezidenti ilə danışıqların "yaxşı və konstruktiv” keçdiyini söyləyən Cavad Zərif qeyd edib ki, bu istiqamətdə bundan sonrakı irəliləyiş  Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.
Cavad Zərif Tehranın Hərtərfli Birgə Fəaliyyət Planı ilə bağlı yüksək səviyyəli danışıqlara hazır olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Fransa prezidenti ilə Fars körfəzində və Hörmüz boğazındakı vəziyyəti də müzakirə etdiyini bildirib.
Məhəmməd Cavad Zərif Fransanın xarici işlər naziri Jan-İv Lö Drianla da görüşəcək. /apa/