18 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

"Azərbaycanda kapital bazarlarının inkişafı üçün potensial var"

27.05.2019

Azərbaycanda kapital bazarlarını inkişafı üçün potensial mövcuddur. 
Bunu Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərin görə, hazırda Azərbaycanın pul bazası təxminən 10 mlrd. manata yaxındır ki, bu da ÜDM-ə nisbətdə 12% təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan ətrafda olan ölkələri üstələyir.
Qeyd edək ki, bu gün Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və "Raiffeisen Bank International" arasında kapital bazarlarının, depozit və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. "Raiffeisen Bank International" Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarət sonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir.  Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə "Raiffeisen Bank International" arasında nominal saxlayıcı hesablarının açılması nəzərdə tutulub.
Qasımlının sözlərinə görə, xaric investorlar "Raiffeisen Bank International" vasitəsilə Milli Depozit Mərkəzində açılacaq nominal saxlayıcı hesablardan istifadə etməklə  və təkmil klirinq-hesablaşma sistemləri vasitəsilə əməliyyatlarını məsafədən  həyata keçirə biləcəklər. Bu isə öz növbəsində xarici investisiyaların ölkəyə cəlb edilməsi, iqtisadiyyatın neftdən asılılığının azalmasına, həmçinin ölkənin tədiyyə balansında müsbət saldonun artımına təkan verəcək.