24 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kənd təsərrüfatında istehsal artıb

18.05.2019

Cari ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1281,4 milyon manat təşkil edib ki, onun da 1203,1 milyon manatı heyvandarlıq, 78,3  milyon manatı  isə bitkiçilik məhsullarının payına düşür.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,9%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9%, bitkiçilik məhsulları üzrə isə 22,2% artıb. 
Təsərrüfatlarda yanvar-aprel aylarında 40,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof və 91,6 min ton və yaxud 3% çox tərəvəz məhsulları istehsal edilib.