25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda neft forumu keçirilir

22.04.2019

Bu gün Bakıda IV "SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” işə başlayıb.
Report-un xəbərinə görə, Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın "Confidence Capital Ltd” şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil etdiyi forum aprelin 25-də başa çatacaq.
Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, regionun neft emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat təmin edən ticarət, logistika, neft emalı, neft-kimya Forumunun məqsədi müvafiq ixrac bazarları və marşrutları daxil olmaqla, regionda karbohidrogen ixracı üzrə ən son tendensiyaların və perspektivlərin təhlil edilməsidir. Onun sözlərinə görə, bu ilki foruma 22 ölkədən nümayəndələr qatılıb.
O bildirib ki, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edir.
Tədbir zamanı Xəzər regionunda ticarət fəaliyyətləri və əsas ixrac marşrutları barədə təqdimatlar keçiriləcək. Eyni zamanda, Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.