19 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycan İtaliyaya alüminium ixrac edəcək

03.03.2019

Bu il Gəncə Alüminium zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildirilib.
Mənbənin verdiyi məlumata əsasən, hazırda zavodun məhsulları, demək olar ki, tamamilə ixraca yönəlib.
Mənbə qeyd edib: "Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcəkdir. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır".
Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub.