20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

ABŞ Venesuelada məqsədinə çatacaq - AÇIQLAMA

24.01.2019

Venesueladakı qeyri-sabit vəziyyət Rusiya Federasiyası ilə hərbi texniki sahədə əməkdaşlığa təsir göstərəcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Şamanov deyib.
"Müttəfiqimizdəki qeyri-sabitlik şübhəsiz ki, onların imkanlarını məhdudlaşdıracaq. Hazırkı vəziyyət bütün sahələrə, ilk növbədə isə iqtisadiyyata təsir göstərəcək. Dolayı yolla maliyyə imkanları aşağı düşəcək”, - Şamanov bildirib.
Komitə sədri, həmçinin, Venesuelada baş verənlərdə ABŞ-ın rolunu da qiymətləndirib:
"ABŞ əsl üzünü göstərdi. ABŞ heç nədən çəkinmədən istənilən yolla öz məqsədinə çatacaq”, - Şamanov bildirib.
Qeyd edək ki, Maduronun andiçməsindən sonra onu dövlət rəhbəri kimi qəbul etmədiyini açıqlayan ABŞ Prezidenti Tramp parlament sədri Quaidonun prezident səlahiyyətlərini üzərinə götürəcəyi halda onu dəstəkləyəcəklərini və tanıyacaqlarını açıqlamışdı. Bu bəyanatdan sonra Quaido prezident səlahiyyətlərini üzərinə götürdüyünü bildirdi və xalqı küçə nümayişlərinə səslədi.
Küçə toqquşmalarında indiyə qədər 16 nəfərin öldüyü, 200 aksiyaçının həbs edildiyi bildirilir. Hazırda Karakasda qarşıdurmalar davam edir.