25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Taksi Liza” filmi TƏQDİM EDİLDİ

23.01.2019

  Yanvarın 22-də  "Taksi Liza” filminin premyerası keçirilib. 
"Dövran Media" xəbər saytının verdiyi məlumata görə komediya janrında çəkilən ekran işinin qala gecəsi "CinemaPlus”da reallaşıb. 
Layihə rəhbəri Bəxtiyar Əzizli olan "Taksi Liza" filmində aktyor Fərda Amin, aktrisalar Xəyalə Quliyeva, Zemfira Əbdülsəmədova, xalq artisti Cəfər Namiq Kamal, Faiq Mirzəyev, şair-bədii qiraətçi Səbuhi Zaman və digərləri rol alıb. Filmin prodüserləri türk kinomatoqrafiya sahəsindən tanıdığımız Can Özbatur və Vüqar Əliyev, rejissoru isə Rövşən Ağayevdir.  
Tədbir ənənəvi olaraq kino qəhrəmanlarının qırmızı xalça keçidindən sonra start götürüb. 
Aktyorlar kameralar qarşısından keçdikdən sonra, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Bundan sonra isə film nümayiş etdirilib. 
Xatırladaq ki, "Taksi Liza” yanvarın 24-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.